Qlobal müharibəyə başlamaq istəyən Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin söhbətindən sonra isterikaya düşüb.
1xeber.media xəbər verir ki, bu barədə Fransanın "Patriotlar" partiyasının rəhbəri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Aİ III Dünya Müharibəsini o qədər çox istəyirdi ki, Trampla Putin arasında baş verənlər sözün əsl mənasında isterikdir! Milyardlar, silahlar, təyyarələr göndərdik və tezliklə əsgər göndərərdik”, – siyasətçi yazıb.