Ağdamda qəza zamanı 1 nəfər ölüb 3 nəfər ağır xəsarət alıb.
1xeber.media yerli müxbirinin xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil idarəetməni itərərək yoldan çıxaraq aşıb.
Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib.
Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.