ABŞ prezidenti Donald Tramp Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün mayın 9-da Moskvaya gələ və rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Fransanın “Le Point” nəşri mənbələrə istinadən yazır.
“Mənbələrimizin bildirdiyinə görə, mayın 9-da Moskvanın tribunalarında çox güman ki, mühüm bir qonaq olacaq: Donald Tramp və Vladimir Putin”, – nəşr iddia edir.
Nəşrin yazdığına görə, Rusiya və ABŞ prezidentləri “müttəfiqlərin 1945-ci ildəki qələbəsini deyil, Trampın xüsusi elçisi Keyt Kelloqun planına görə, “9 may tarixinə qədər tamamlanmalı olan” Ukrayna üzrə sülh danışıqlarında birgə qələbələrini qeyd edəcəklər.
Fevralın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin telefon danışığı zamanı Trampı Moskvaya dəvət edib.