Bu gün günün birinci yarısında temperaturun nisbətən qalxması və gün çıxmasının ardınca yenidən havanın soyuqlaşdığı müşahidə edilir.
1xeber.media xəbər verir ki, bu dəqiqələrdə Bakının bəzi ərazilərinə artıq qar yağmağa başlayıb.
Qeyd edək ki, bu gecə ilin ən sərt şaxtası olacağı gözlənilir. Belə ki, Bakıda gecə 8, regionlarda isə 24 dərəcəyə qədər şaxta olacaq, yollar buz bağlayacaq.