Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə görüşə bilər.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt “Foks Nyus” telekanalına deyib.
O, ABŞ Prezidenti Donald Trampın bu gözləntidə olduğunu vurğulayıb:
“Ağ Ev rəhbəri Kiyev və Vaşinqton arasında nadir torpaq metalları sazişinin imzalanmasını istəyir. Amerika vergi ödəyicilərinin Ukrayna üçün etdiklərini nəzərə alsaq, bu, düzgün addım olardı. ABŞ olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmazdı. Prezident Donald Tramp da bunu anlayır”.