Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qızı Ayşat bölgə hökumətindən istefa verdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, Ayşat bu barədə “İnstaqram” səhifəsində məlumat verib.
Kadırovanın sözlərinə görə, o, Çeçenistan Nazirlər Kabinetinin sədr müavini vəzifəsini tərk edir. O, baş nazirin müavini işləməyin onun üçün mühüm təcrübə olduğunu, lakin bu vəzifənin “güclü kişi üçün” daha uyğun olduğunu qeyd edib.