Xəbər verdiyimiz kimi, Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında keçirilən görüşdə ciddi mübahisə yaranıb.
Bunun ardınca prezident Tramp bəyanatla çıxış edib.
"Bu gün Ağ Evdə çox mənalı bir görüş keçirdik. Elə şeylər öyrəndik ki, onları belə bir təzyiq və gərginlik altında aparılan söhbət olmadan anlamaq mümkün olmazdı. Duyğular vasitəsilə ortaya çıxan şeylər heyrətamizdir və mən müəyyən etdim ki, Prezident Zelenski, əgər Amerika işin içindədirsə, sülh üçün hazır deyil, çünki o, bizim iştirakımızın ona danışıqlarda böyük üstünlük verdiyini düşünür. Mən üstünlük istəmirəm, mən SÜLH istəyirəm. O, ABŞ-ın dəyərli Oval Ofisində hörmətsizlik etdi. O, yalnız Sülh üçün hazır olanda geri qayıda bilər."