Rumıniyalı siyasətçi Kalin Georgesku Buxarestdə keçirilən mitinqdə ölkə prezidenti postu uğrunda mübarizəni davam etdirəcəyini bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə martın 1-də “Digi24” nəşri məlumat yayıb.
“Mübarizəni davam etdirəcəyəm və prezidentliyə namizədliyimi qeydə almaq üçün sənədləri təqdim edəcəyəm. İstəyirəm ki, hamınız seçəsiniz, azad səsinizlə kimi seçəcəyinizə qərar vermək sizin hüququnuzdur”, - deyə siyasətçi vurğulayıb.
O, həmçinin ona dəstək olan 300 min imzaya görə toplaşanlara təşəkkür edib.