İranın səfiri Kazem Cəlali Moskvada xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə İranın nüvə proqramı ilə bağlı nizamlanmanı müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Tərəflər beynəlxalq gündəmdəki məsələləri, xüsusilə Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının davam edən sessiyası ilə bağlı məsələləri müzakirə ediblər. “Rusiya və İran rəhbərliyinin müvafiq qərarları və təlimatlarına uyğun olaraq ikitərəfli koordinasiyanı daha da gücləndirmək üçün qarşılıqlı öhdəlik qeyd olunub”, - nəşr yazır.