Rusiya Ukraynada hərbi əməliyyatlara son qoymaq təklifləri ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın səbəblərini aradan qaldırmalıdır.
1xeber.media xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin deyib.
“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq. Amma biz ondan çıxış edirik ki, bu dayanma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın”.
Rusiya prezidenti bu barədə Moskvada Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra açıqlama verib.