Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı martın 19-u çərşənbə günü Rusiya ilə Ukrayna arasında 175-ə 175-ə məhkum mübadiləsinin aparılacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
“Xoş niyyət əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi köçürüləcək”, - mətbuat xidməti əlavə edib.
Qeyd olunur ki, Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyib və onun həlli yolları üzərində ABŞ-la birgə işləməyə hazır olduğunu bildirib.
“Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamağa razılaşıblar”, - Kreml vurğulayıb.