Böyük Britaniya Moldovanın müxalif “Renessans” partiyasının lideri Natalya Paraskaya qarşı sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, müvafiq mesaj Britaniya hökumətinin saytında aprelin 2-də dərc olunub. Paraska sanksiyalar siyahısına “Avrasiya” muxtar qeyri-kommersiya təşkilatının (ANO) idarə heyətinin üzvü kimi daxil edilib və ona qarşı da məhdudiyyətlər qoyulub. Sanksiyalar “Vozrojdenie”nin rəhbəri ilə yanaşı, ANO-nun direktoru Nelli Parutenkoya, həmçinin Moldova parlamentinin üzvü Marina Tauberə də şamil edilib.
Britaniya hökuməti məhdudiyyətlərin tətbiqinə səbəb kimi Avrasiya və Moldova siyasətçilərinin artıq sanksiyalar altında olan müxalifət bloku “Pobeda”nın lideri İlan Şorla əlaqələrini göstərir.