ABŞ Çinlə mümkün hərbi toqquşma şəraitində belə, qoşunlarını Avropadan çıxarmağı düşünmür.
1xeber.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Şimali Atlantika Alyansının rəhbəri Amerikanın planlarını açıqlayıb: “ABŞ NATO-da [iştirak etməkdə] tam sadiqdir, qoşunlarını Avropadan çıxarmaqdan söhbət gedə bilməz”.
Rutte qeyd edib ki, hərbi planlaşdırma “çox müxtəlif vəziyyətlər” üçün həyata keçirilir.
Martın 2-də The Washington Post (WP) ABŞ prezidenti Donald Trampın 20 min Amerika əsgərinin Avropadan çıxarılmasına göstəriş verə biləcəyini və bunun “Avropa təhlükəsizliyi üçün əsl kabus” olacağını bildirdi. Qeyd olunur ki, Avropa liderləri Amerika kontingentinin hər hansı ixtisarı baş verərsə, bunun Vaşinqton və Moskva arasında danışıqların nəticəsi olmayacağına dair zəmanətlərə sahib olmaq istəyirlər.