Avropa İttifaqı (Aİ) yeni ticarət sazişi üzrə danışıqlar fonunda Ağ Evlə münasibətləri gərginləşdirməmək üçün Amerikanın “Apple” və “Meta” şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini təxirə salmaq qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 18-də Wall Street Journal (WSJ) məlumat yayıb.
“Avropa İttifaqı bu yaxınlarda “Apple” və “Meta Platformalar”a qarşı sanksiyaları təxirə saldı, blok ABŞ-la ticarət sövdələşməsini təmin etmək üçün səylərini artırdığı bir həftə ərzində Tramp administrasiyası ilə münaqişədən müvəqqəti yayındı”, – nəşr yazır.
Qəzetin aydınlaşdırdığı kimi, Avropa Komissiyası ilkin olaraq çərşənbə axşamı Aİ Rəqəmsal Bazarlar Aktının pozuntularını aradan qaldırmaq üçün Apple və Meta bildirişləri göndərməyi planlaşdırıb və ən azı korporasiyalardan birinə məlumat verib. Nəşr qeyd edir ki, Brüssel şirkətləri pul cərimələrini ödəməyə məcbur edə bilər.