Avropa İttifaqı (Aİ) Amerika silahlarının alışını kəsə və sərt tariflər tətbiq edə bilər.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 23-də “Politico” qəzeti Avropa və Kanadanın hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın ticarət tarifləri fonunda ona qarşı hansı “kartlardan” istifadə oluna biləcəyi ilə bağlı bütün Avropada müzakirələr aparılır. Nəzərdən keçirilən təkliflərin dövlətlər arasında müdafiə və iqtisadi əlaqələrin pozulmasına səbəb ola biləcək kiçik tədbirlərdən tutmuş daha ciddi tədbirlərə qədər olduğu vurğulanır.
Məqalədə deyilir: “Bunlara amerikalı müdafiə podratçıları arasından alternativ hərbi texnika və sursat tədarükçülərinin tapılması, daha sərt cavab tariflərinin tətbiqi, Amerika şirkətləri üçün əqli mülkiyyətin qorunmasının aradan qaldırılması və onların ABŞ texnoloji nəhənglərindən asılılığının azaldılması daxildir”.