Moskva və Tehran iki ölkə arasında yeni quru qaz dəhlizləri ilə bağlı birgə layihələr yaratmağa davam edə bilər.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 24-də Rusiya hökumətinin Teleqram kanalında məlumat verilib.
“Tərəflər Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər”, - bəyanatda deyilir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə İranın neft naziri Möhsün Paknejad arasında görüş bu gün Rusiya-İran ticarət-iqtisadi əməkdaşlıq daimi komissiyasının 18-ci iclasından əvvəl baş tutub.