Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bəyan edib ki, nasist Almaniyasının SSRİ xalqlarına qarşı cinayətləri rəsmən soyqırımı kimi tanınmalıdır.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Üçüncü Reyxin və onun əlaltılarının cinayətləri SSRİ xalqlarının soyqırımı kimi tanınmalıdır" dedi.
Eyni zamanda, diplomat alman siyasətçiləri tərəfindən “xatirə tədbirlərinin təbliğatının aparılması” ittihamlarını rədd edib.
Daha əvvəl Neçayev Qələbə Günü ilə bağlı anım tədbirlərində iştirakının qarşısını almaq üçün təhdidlərə münasibət bildirərək qeyd edib ki, Almaniyada sovet əsgərlərinin və nasizm qurbanlarının xatirəsini yad etmək üçün xüsusi dəvətlər tələb olunmur.