Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Asiya ölkələrindən birinin bayrağı altında üzən gəmini guya Sevastopol limanına çağırdığı üçün ələ keçirib.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də qurumun mətbuat xidməti məlumat yayıb.
"Quru yük gəmisinin saxlanılması SBU və Dövlət Sərhəd Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində baş verib", - SBU Telegram kanalında aydınlıq gətirilib.
“Gazeta.Ru”nun məlumatına görə, Ukrayna sərhədçiləri gəmidə axtarış aparıb, naviqasiya avadanlıqları və sənədləri ələ keçirib. SBU-nun məlumatına görə, 2024-cü ilin sonunda quru yük gəmisinin Sevastopol limanında buğda yüklədiyi iddia edilir.