ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.
Bu barədə “The New York Times” qəzeti Amerikanın keçmiş liderinin mətbuat katibinə istinadən yazıb.
Məlumatda bildirilib ki, diaqnoz həkimlər kiçik bir düyün aşkar etdikdən sonra qoyulub:
“Xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonlara həssas olduğu üçün müalicə oluna bilər. Prezident və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər”.