Son 24 saat ərzində meşə yanğınsöndürmə xidmətləri Rusiya Federasiyasının 13 regionunda 59 meşə yanğınını söndürüb.
1xeber.media xəbər verir ki, bu barədə mayın 24-də “Avialesoohrana” Federal Dövlət Büdcə İnstitutu məlumat yayıb.
"Son 24 saat ərzində Rusiyanın 13 regionunda 59 meşə yanğını söndürülüb. Hazırda 9 regionda 91 meşə yanğınının söndürülməsi istiqamətində iş aparılır", - təşkilatın Telegram kanalında deyilir.
Yanğınların söndürülməsinə 3812 nəfər, 646 texnika, 34 təyyarə cəlb olunub.