"Azərişıq" Bakıxanov qəsəbəsində yaşayanlara müraciət etdi
"Azərişıq" ASC Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan sakinlərə müraciət edib.
Qurumdan 1xeber.media bildirib ki, Sabunçu RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonunun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, Elşən Mehdiyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.