ABŞ prezidenti Donald Tramp G7-nin İran-İsrail münaqişəsi ilə bağlı bəyanatını imzalamayıb.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 16-da mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu “Yeddilik” qrupunun liderlərinin İsrail və İran arasında münaqişənin gərginləşməsini azaltmaq üçün layihə hazırladığı vurğulanır. Bu, elektrik sektoru da daxil olmaqla, bazar sabitliyini qorumaq öhdəliyini ehtiva edir.