Avropa Komissiyası (AK) Rusiya qazından tədricən imtina edən Aİ ölkələrinə təzminat ödəmək niyyətində deyil.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 16-da Aİ-nin energetika nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunları üzrə mətbuat konfransında Avropanın enerji məsələləri üzrə komissarı Dan Yorgensen məlumat verib və bu barədə səs yazısı AK-nin saytında dərc olunub.
"Xeyr, biz kompensasiya təklif etmirik. Artıq bir çox ölkələr Rusiyadan enerji resurslarının idxalını dayandırıblar, bunun üçün yüksək qiymət ödəyiblər, bu, onlar üçün çox çətin olub", - Yorgensen bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasından tədarükün məhdudlaşdırılması tədbirləri uzunmüddətli olmalı və hətta Ukraynada münaqişə bitdikdən sonra da qüvvədə qalmalıdır.