İsrail Qərbin qeyri-məhdud köməyinə görə İrana hücum etdi.
1xeber.media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Qərbin qeyri-məhdud dəstəyi ilə İrana hücum edən, Qəzzanı xarabalığa çevirən və bütün region ölkələrini ələ salan İsrail nə etdiyini dərk etmir", - Türkiyə lideri qeyd edib.
Ərdoğanın sözlərinə görə, İsrail sonradan "səhvini anlaya bilər", lakin bunun üçün çox gec ola bilər. Türkiyə prezidenti vurğulayıb ki, İrana hücum təkcə Tehrana deyil, bütün regiona aiddir.
Bundan əvvəl Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.