“Əgər biz atom bombası yaratsaq...” - Tehran artıq Qərbi şantaj edir
"Əgər biz atom bombası yaratsaq, cəmi 6 ay qədər gərginlik yaşayacağıq"
O əlavə edib: "Qərb ölkələri bizdən nə üçün nüvə silahı istehsal etdiyimizi soruşacaq. Cavab verə bilərik ki, bizə kifayət qədər sanksiya tətbiq etmisiniz. Tətbiq etmək istədiyiniz yeni heç nə yoxdur, bizim isə atom bombası istehsalına keçməkdən başqa çarəmiz qalmamışdı".
Ərdəstani mövzunu davam etdirərək qeyd edib: "İndiki vəziyyətdə İran, ilk növbədə, uranın zənginləşdirilməsini artırmağa doğru getməlidir, yəni zənginləşdirmə faizini 70 və ya 80-ə çatdıra bilər. İkinci addımda İran nüvə bombası istehsalına doğru getməlidir, çünki artıq sanksiyaların qaynayan qazanına düşmüşük və qərblilər ölkəmizə qarşı daha çox sanksiya tətbiq edə bilməz və onların ciblərində başqa yeni heç nə yoxdur.
Buna görə də bəzi millət vəkillərinin ölkənin nüvə doktrinasının dəyişdirilməsi üçün Ali Milli Təhlükəsizlik Şurasına yazdıqları məktubla tamamilə razıyam. İranın nüvə silahı əldə etməsi Amerika rəsmilərinin tonunu dəyişə bilər".