İran öz hava məkanını açıb və əksər hava limanlarında fəaliyyətini bərpa edib.
1xeber.media "Mehr"ə istinadla xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətini bərpa edib və bütün xidmətlər spektrini təqdim etməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, İslam Respublikasının bütün hava limanlarında yerli və beynəlxalq reyslər saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-dək (Bakı vaxtı ilə 18:30) yerinə yetiriləcək.