Amerikalıların təxminən 40%-i Amerikalı sahibkar və milyarder İlon Maskın təklif etdiyi Amerika Partiyasını dəstəkləyəcək və ya ona səs verəcək.
1xeber.media xəbər verir ki, məlumat iyulun 2-də Quantus Insights-ın rəsmi saytında dərc edilib.
“İlon Maskın irəli sürdüyü Amerika Partiyası ideyası respondentlərin 40%-nin, xüsusən də gənc seçicilərin və respublikaçı kişilərin marağına səbəb olub”, - bəyanatda deyilir.
Seçicilərin 38%-i əks fikirdədir, digər 22%-i isə dəqiq cavab verməyib. Qeyd olunur ki, bu varianta ən çox şübhə ilə yanaşanlar yaşlı nəslin nümayəndələri və Demokrat Partiyasının tərəfdarlarıdır.