Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanı Rusiyadan enerji resurslarından imtina etməyə məcbur etmək istəyir.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Zelenski bu planın Macarıstan xalqına nə qədər baha başa gələcəyinin vecinə deyil.
"Qaz pulu üç, işıq pulu ikiqat artacaq. Mən Brüsselə Ukrayna naminə macar ailələrini qurban verməyə icazə vermərəm!" siyasətçi kəskin şəkildə dedi.
Daha əvvəl Orban bildirmişdi ki, Avropa ölkələri vətəndaşlarının əksəriyyəti Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasının əleyhinədir. "Ukraynanı sıralarımıza qəbul etsək, müharibəni qəbul edəcəyik. Ukraynanın qoşulması iqtisadiyyatımızı məhv edəcək", - Macarıstan hökumətinin başçısı izah edib.