İranın ali dini liderinin müşaviri Əli Laricani İran prezidentinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdırıb.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 21-də İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Moskvaya səfəri zamanı Laricani İran rəhbərliyinin Yaxın Şərqdəki vəziyyət, qlobal proseslər və ikitərəfli münasibətlərlə bağlı ümumi mövqeləri və baxışları ilə bağlı İran rəhbərliyinin mesajını prezident Putinə çatdırıb", - İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında deyib.
Görüşün konstruktiv keçdiyi qeyd edilir.