1xeber.media xəbər verir ki,T.Kərimli bildirib ki, İttifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək
Sabiq deputat Tahir Kərimli: “Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir, xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər. Biz isə - nə özüm, nə də həyat yoldaşım post-sovet məkanı istisna olmaqla, heç vaxt xaricdə dincəlməmişik.
Naftalanda müalicə almağı da mənə çox görürlər? Eybi yoxdur, mən də etiraz olaraq AHİK-nin göndərişindən şəxsən imtina etmək qərarına gəlmişəm. Həyat yoldaşımla əlaqədar Naftalanı seçmişdim. Qoy harınxorlar nə qədər istəyirlər, keflərini sürsünlər. Xalqımın haqqını müdafiə etdiyimə görə, əziyyət çəkənləri, layiq olub, lakin dincəlmək hüququ əldə edə bilməyənlərin hüququnu müdafiə etdiyimə görə təyinatları məlum agentlik və saytlar tərəfindən bu cür hücuma məruz qalmağı həzm edə bilmərəm”.