Gürcüstanda NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimləri başlayıb, açılış mərasimi Krtsanisidəki hərbi bazada keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 25-də Respublika Müdafiə Nazirliyindən məlumat verilib.
"Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, qarşılıqlı fəaliyyət qabiliyyətini və əməliyyat imkanlarını artırmaqdır", - deyə idarənin saytında qeyd olunub.
Manevrlər iyulun 21-də Amerika-Türkiyə desant əməliyyatı ilə başlayan Gürcüstan və Türkiyədə birgə keçirilir. Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər iştirak edir.