ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.
1xeber.media xəbər verir ki, bunu iyulun 28-də Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti Donald Tramp deyib.
"Biz onların (İranın - red.) nüvə imkanlarını məhv etdik. Onlar yenidən başlaya bilərlər. Əgər etsələr, biz onu sizin barmağınızla silkələdiyinizdən daha tez məhv edəcəyik", - deyə Reuters onun sözlərindən sitat gətirir.
O əlavə edib ki, ABŞ İrandan “çox xoşagəlməz siqnallar” alır.