Dəbilqəni, jiletini geyin, tüfəngini götür və Ukraynaya get.
1xeber.media xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini Matteo Salvini Fransa Prezidenti Emmanuel Makronun avropalı müttəfiqlərinə Ukraynaya qoşun göndərmək çağırışını sərt tənqid edərkən bildirib.
İtaliyalı nazir Avropa ordularının, qitənin yenidən silahlanması və Avropanın raket almaq üçün birgə borclanması kimi təşəbbüsləri “Makronat” adlandırıb. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətini dəstəklədiyini də vurğulayıb.
Salvini və Makron arasındakı gərginlik Fransa-İtaliya münasibətlərinə təsirsiz ötüşməyib. Fransa tərəfi İtaliyanın Parisdəki səfiri Emanuela D'Alessandroya bu şərhlərin iki ölkə arasında ikitərəfli münasibətlər, etimad mühiti və tarixi əlaqələrlə ziddiyyət təşkil etdiyini bildirib.