Xarkov vilayətinin Kupyansk şəhərinin yarısı Rusiya hərbçiləri tərəfindən nəzarətə götürülüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, yayımlanan videokadrlarda rus əsgərlərinin şəhərin mərkəzində, administrasiya binası, “Spartak” stadionu, elektrik yarımstansiyası və televiziya qülləsi kimi əsas inzibati və sənaye obyektlərinin yaxınlığında olduğu görünür.