"Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir".
1xeber.media xəbər verir ki, bunu Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə deyib.
“Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal bildirib.