Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib.
1xeber.media xəbər verir ki, 30 noyabr - 1 dekabr tarixlərində "Şərq Bazarı" ticarət kompleksində keçirilən tədbirdə 195 əlilliyi olan şəxsin 2500 əl işi nümayiş olunur.
Tədbirin davamı kimi 3-6 dekabr tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində əl işlərinin satış-sərgisi olacaq.
Tədbirlə bağlı linklər:
➡️ https://t.me/sosialgovaz/20438