1xeber.media xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial media X-də Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı xəbərləri belə şərh edib.
"Mən Estoniya hökuməti ilə sıx təmasdayam. Biz üzv dövlətlərimizin müdafiə qabiliyyətini Avropa resursları ilə gücləndirməkdə dəstəkləməyə davam edəcəyik. Rusiya Qərbin qətiyyətini sınayır. Amma biz zəiflik nümayiş etdirməməliyik", - Aİ diplomatı bildirib.
Kallas iddia edir ki, döyüş təyyarələri ilə bağlı insident “son dərəcə təhlükəli təxribatdır”. O, həmçinin əlavə edib ki, Aİ Tallin ilə “tam həmrəydir”.
NATO daha əvvəl üç MiQ-31-in Estoniya hava məkanına daxil olduğunu açıqlamışdı. Politico jurnalının məlumatına görə, İtaliyanın F-35 qırıcıları 12 dəqiqədən sonra havaya qalxıb.