Bakıdakı "Şərq Bazarı" ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən, qızıl-zinət əşyalarının pərakəndə satışını həyata keçirən "Vivani" mağazasında oğurluq olub.
1xeber.media məlumatına görə, aparılan araşdırma zamanı hadisəni törədən 1962-ci ildə Bakı şəhərində anadan olmuş F.V. saxlanılıb.
Məlum olub ki, o, "Vivani" mağazasına müştəri qismində daxil olub. Təqsirləndirilən şəxs satıcının başqa müştərilərə başının qarışmasından istifadə edərək, vitrinin üzərindən dəyəri 1400 manat olan 585 əyarlı, 11,25 qram çəkidə oğurlayıb.
Məhkəmədə təqsirləndirilən şəxs 63 yaşı olması nəzərə alınıb və Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.