Keçmiş prezident Co Baydenin dövründə ABŞ bütün silahlarını Ukraynaya verdi, özü üçün heç nə saxlamadı.
1xeber.media xəbər verir ki, bunu sentyabrın 30-da ABŞ prezidenti Donald Tramp Pentaqon katibi Pit Heqsetlə amerikalı general və admirallar arasında görüş zamanı deyib.
"Bizim heç bir silahımız yox idi, hər şeyi Ukraynaya verdik. Heç nəyimiz yox idi. <...> Bayden [Ukraynaya] 350 milyard dollar verdi <...> Biz bunu artıq etmirik. Biz avadanlıq satırıq", - Tramp bildirib.
O, qeyd edib ki, ABŞ Ukraynadakı münaqişəni maliyyələşdirmir, əksinə, silahı vasitəçilərə satır və sonra onları Ukraynaya verir.