Budapeşt Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün yekdillik tələbinin ləğvinə qarşıdır.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Biz danışıqlar üçün mövcud hüquqi bazanın dəyişdirilməsi ilə bağlı təklif irəli sürdük”, – Orban Kopenhagendə keçirilən Aİ sammitini şərh edərkən deyib.
O, izah edib ki, hazırda yeni ölkənin daxil olması ilə bağlı danışıqlara başlamaq üçün bütün Aİ üzvlərindən 100% dəstək tələb olunur. Aİ liderlərinin görüşündə onlar bu prosedurun dəyişdirilməsini təklif ediblər ki, üzvlük danışıqlarına başlamaq üçün ixtisaslı səs çoxluğu kifayət etsin.
Macarıstan Budapeştin vetosundan yan keçmək cəhdinə qarşı çıxıb və vurğulayıb ki, prosedurun özünü dəyişdirmək üçün də yekdillik tələb olunur.
Kopenhagendə keçirilən AB-nin qeyri-rəsmi sammiti ərəfəsində Viktor Orban bildirib ki, Avropa liderləri Ukrayna məsələsinə görə Budapeştə təzyiq göstərdiyi üçün görüşdə “qəfəs davası” gözləyir.