“Razılaşmaya əsasən, Almaniya Ermənistana 84,6 milyon avro qrant verəcək”.
1xeber.media xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazirin sözlərinə görə, iki ölkə arasında müzakirələrdə əsas diqqət bərpaolunan enerjinin enerji səmərəliliyi, texniki peşə təhsili, su infrastrukturunun təkmilləşdirilməsi, ərazi idarəetmə islahatları, texnoloji sektorda əməkdaşlıq məsələləri olub.
Qeyd edək ki, növbəti hökumətlərarası görüş oktyabrda Berlində baş tutacaq.