1xeber.media xəbər verir ki, Moskva Şəhər Məhkəməsi bloger Yelena Blinovskayanın cəzasını 5 ildən 4 il yarıma endirib.
Bloqqerin müdafiəsi məhkəmədən müsadirə qərarının ləğvini və onun həbsdən azad edilməsini istəyib. Blinovskaya özü cəzasının uşağı 14 yaşına çatana qədər möhlət verilməsini istəyib, lakin məhkəmə bu vəsatəti təmin etmək üçün heç bir əsas tapmayıb.
Cəza müddəti dörd il yarıma endirilib. “Marafon kraliçası” daha əvvəl 5 il həbs cəzasına məhkum edilib.
Beləliklə, Moskvanın Savelovski Rayon Məhkəməsinin əvvəllər çıxardığı hökm qüvvəyə minir və Blinovskaya cəzasını ümumi rejimli koloniyada çəkəcək. O, həmçinin 950 min rubl cərimələnəcək. Bloqçuya dörd il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq da qadağan edilib.