Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri davam etdirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Bu barədə 1xeber.media-a AAYDA-dan məlumat verilib.
Bildirilir ki, hazırda layihə üzrə ərazidə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
















