ABŞ Prezidenti Donald Trampın ailəsi kriptovalyutadan milyonlar qazanıb, ailənin gəliri 17 dəfə artıb.
1xeber.media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, təkcə 2025-ci ilin birinci yarısında ABŞ prezidentinin ailəsi kriptovalyuta aktivlərinin satışından 800 milyon dollardan çox qazanc əldə edib:
“Tramp ailəsinin gəlirinin yarıdan çoxu — 463 milyon dollar — “World Liberty” tokenlərinin satışından, daha 336 milyon dollar isə Tramp memkoinlərinin satışından əldə edilib”.
















