Rusiya müharibənin 1347-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 94 084 PUA-sı, 633 zenit-raket kompleksi, 25 788 tank və digər zirehli texnikası, 1 608 reaktiv yaylım atəş sistemi, 30 974 artilleriya və minaatanı, 45 448 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

















