Unibank müştəriləri bankdan narazılıqlarını sosial şəbəkələrdə ifadə ediblər.
1xeber.media bildirir ki, onların sözlərinə görə, son aylarda Unibankda kəşbek sistemi ilə bağlı problemlər yaşanır.
İddialara görə, sentyabr ayı üçün edilən bir neçə ödənişin kəşbek məbləğləri müştərilərə qaytarılmayıb. Bank əməkdaşları əvvəlcə kompensasiyanın ay sonunda veriləcəyini desələr də, bu vəd yerinə yetirilməyib.
Daha bir narazılıq isə kəşbek faizlərinin azaldılması ilə bağlıdır. Müştərilər bildirirlər ki, əvvəllər 4,5 faiz kəşbek verən Unibank indi cəmi 0,5 faiz qaytarır:
“Artıq neçə aydır Unibank saxtakarlığa keçib. Əlaqə saxlayırıq, iki aydır yola verirlər. Filiala gedirik, açıq deyirlər ki, ‘qaytarılmayacaq’. Öz işçiləri belə bilir ki, saxtakardırlar,” – deyə sosial şəbəkə istifadəçisi Rüfət Novruzov qeyd edib.
Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir.
Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.

















