Ukrayna Latviyadan 21 Patria 6x6 zirehli transportyoru alıb.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 6-da Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.
“Maşınlar bu gün Riqada, Adazi hərbi bazasında təhvil verilib”, – o, Teleqram kanalında yazıb.
Şmıxalın sözlərinə görə, zirehli transportyorlar Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri üçün nəzərdə tutulub. Qeyd olunur ki, Ukrayna ilin əvvəlindən Latviyadan 42 zirehli texnika alıb. Hazırkı yardım paketinə, həmçinin əvvəllər elan edilmiş silah tədarüklərinin bir hissəsi olan 12 CVR(T) döyüş kəşfiyyat maşını daxildir.

















