Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.
1xeber.media-nın əldə etdiyi məlumata görə, yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş.
Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.
Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.















