1xeber.media xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenskinin doğulduğu Krivoy Roqda elektrik enerjisinin kəsilməsinə qarşı etirazlar başlayıb.
"Krivı Roqda elektrik enerjisinin kəsilməsinə qarşı etirazlar davam edir. İnsanlar şəhər şurasının binası qarşısında mitinqə toplaşıb və nəqliyyatın hərəkətini əngəlləyir", - nəşr yazıb.
Yayımlanan görüntülərdə izdiham görünür. Etirazçılar qarşısında çıxış edən şəhərin infrastrukturun inkişafı departamentinin direktoru İvan Kariy qeyd edib ki, şəhər hökumətinin elektrik enerjisinin kəsilməsinə heç bir təsiri yoxdur.
Bundan əvvəl Kiyevdə Zelenskiyə qarşı etirazlara hazırlığın başladığı bildirilirdi. Noyabrın 15-də Müstəqillik meydanında korrupsiyaya və prezidentə qarşı mitinq keçirilib.















