Şəkidə avtomobil ağaça çırpılıb.
1xeber.media xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomonil yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü İlyazlı Həsən Dursunəli oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hətəkətdə olarkən idarəetmədən çıxaraq ağaca dəyib. Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Xəstəxanasına çatdırılıb.















